Seleşdən sonra ilk dəfə
İqa Şventek “Rolan Qarros”da 1/4 finala yüksəlib. O, Lesya Tsurenkonun matçı yarımçıq dayandırmasından sonra buna nail olub.
Polşalı Parisdə ardıcıl 4-cü dəfə 1/4 finala adlayıb. O, 5-ci dəfə əsas setkadan qatıldığı yarışda bunu bacarıb.
İlk beş cəhdindən dörd dəfə “səkkizliy”ə düşən sonuncu tennisçi Monika Seleş olub.
Polşalı Fransadakı turnirdə 92,6 faizlik qələbə əmsalına malikdir. O, yalnız Marqaret Kortdan geri qalır – 95,2 faiz.