Sebalyos “Yuventus”un maraq dairəsində
“Real”ın futbolçusu Dani Sebalyos komandanı tərk etməyə yaxındır. O, karyerasını İtaliyada davam etdirə bilər.
“Yuventus” 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. “Atletiko”, “Real Sosyedad” və “Betis” də ispaniyalı oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Dani Sebalyos cari mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib. Onun “kral klubu” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.