Sebalyos daha 4 il “Real”da
“Real” Daniel Sebalyosu komandada saxlayıb. Bunu klubun rəsmi saytı açıqlayıb.
Tərəflər sözləşmənin müddətini uzatmağa qərar verib. İspaniyalı yarımmüdafiəçinin Madrid klubu ilə yeni müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi hesablanıb.