“Şaxtyor”un yarımmüdafiəçisi “Arsenal”ın hədəfində
“Şaxtyor”un yarımmüdafiəçisi Mixailo Mudrik karyerasını Premyer Liqada davam etdirə bilər. Onun xidmətində “Arsenal” maraqlıdır.
İngiltərə klubu hücum xəttini gücləndirmək niyyətindədir. Transferə namizədlərdən biri də ukraynalı futbolçudur.
“Arsenal” hələ ki, “Şaxtyor”a rəsmi təklif göndərməyib. Lakin artıq futbolçunun keçid imkanlarını araşdırır.