“Şaxtyor” Çempionlar Liqasına vəsiqə qazana bilmədi
“Şaxtyor” Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirib. Donetsk təmsilçisi Ukrayna çempionatının 27-ci turunda qızıl medal arzusu ilə vidalaşıb.
Sona 3 tur qalmış 57 xala malik “Şaxtyor” “Dinamo”dan 10 xal geri qalır. Donetsk təmsilçisi 1999/2000 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında oynamayacaq.
Qeyd edək ki, növbəti mövsümdə Ukrayna qitənin ən nüfuzlu klub turnirində yalnız bir komanda ilə təmsil olunacaq.