Savinyo üçün ayrılıq zamanı
“Mançester Siti”nin vingeri Savinyo qış transfer pəncərəsində klubdan ayrıla bilər.
Braziliyalı futbolçu gözləntiləri doğrultmadığı üçün “şəhərlilər” yanvarda gələcək sərfəli təklifləri nəzərdən keçirməyə hazırdır.
21 yaşlı oyunçu klub tərəfindən 50 milyon funt sterlinqə (təxminən 57 milyon avro) qiymətləndirilir.
Hazırda Savinyo ilə ən ciddi maraqlanan klub “Tottenhem”dir.












