Sautqeytlə yeni müqavilə
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yığmadakı fəaliyyətini davam etdirəcək. 51 yaşlı mütəxəssislə müqavilə uzadılıb. O, 2024-cü ilin yayına qədər milliyə başçılıq edəcək.
Sautqeyt ildə 5 milyon funt sterlinqdən artıq maaş alacaq. 2016-cı ildən İngiltərə yığmasına rəhbərlik edən mütəxəssis millini AVRO-2020-nin finalına, DÇ-2022-nin yarımfinalına çıxarıb.