”Sauthempton”da yeni baş məşqçi
“Sauthempton” klubunun yeni baş məşqçisi bəlli olub. Premyer Liqa təmsilçisini İvan Yuriç çalışdıracaq.
Bu gün 49 yaşlı xorvat mütəxəssislə müqavilə imzalanacaq. O, istefaya göndərilən Rassell Martini əvəzləyəcək.
Qeyd edək ki, Yuriç bunadək “Cenoa”, “Verona”, “Torino” və cari mövsümdə ayrıldığı “Roma”da çalışıb.