Saul “Flamenqo” yolunda
“Trabzonspor”un təklifini qəbul etməyən Saul Niqesin gələcəyinə aydınlıq gəlib. “Atletiko” ilə müqaviləsinin bitməsinə bir il qalan ispaniyalı yarımmüdafiəçi Braziliyanın “Flamenqo” klubu ilə anlaşma əldə edib.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı futbolçu “Flamenqo”nun təklif etdiyi 3 illik müqaviləni qəbul edib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.












