Satoranski Avrobasketdən kənarda qalacaq
Çexiya millisində ciddi itki baş verib. Yığmanın basketbolçusu Tomas Satoranski 2022-ci il Avrobasketdə komandasına kömək etməyəcək.
30 yaşlı yarımmüdafiəçi Almaniya ilə yoldaşlıq görüşündə (90:101) topuğunu büküb. Rentgendə sınıq aşkarlanmasa da, təkrar müayinə zamanı topuq bağlarının ciddi zədələnməsi təsdiqlənib. Satoranskinin sağalması üçün təxminən bir ay çəkəcəyi gözlənilir.