“Sassuolo”nun hücumçusu A Seriyası tarixinə düşdü
“Sassuolo” A Seriyasının “Yuventus”la matçında məğlub olub – 1:2. Komandanın yeganə qolunu Cakomo Raspadori vurub.
O, bu qolla İtaliya çempionatlarının tarixinə düşüb. Belə ki, Raspadori 1 yanvar 2000-ci il tarixindən sonra doğulan oyunçular arasında bir mövsümdə 10 qol vuran ilk italiyalı futbolçu adına yiyələnib.