Saşa Boe zədələndi
“Bavariya”nın futbolçusu Saşa Boe zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı müdafiəçi sol ayaq biləyindən zədə alıb. O, bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, fransalı futbolçu cari mövsüm münhenlilərin heyətində 8 oyuna çıxıb.