Sarri “Milan” yolunda

Sarri “Milan” yolunda

“Milan”da ayrılıq baş verəcək. Klub mövsümün sonunda Serjiu Konseysau ilə yollarını ayıracaq.

A Seriyası nəhənginin baş məşqçi postu üçün namizədi də bəllidir. “Rossonerilər”in əsas hədəfi hazırda işsiz olan Mauritsio Sarridir. “Milan” rəhbərliyi italyan mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Mauritsio Sarrinin son iş yeri “Latsio” olub. 66 yaşlı məşqçi ötən ilin mart ayında istefaya göndərilib.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”da yeni müqavilə

Növbəti yazı

“Şimal” I Liqaya yüksəldi