“Şarlott”da istefa
NBA-da baş məşqçi istefası gerçəkləşib. “Şarlott” baş məşqçisi Ceyms Borreqo ilə vidalaşıb.
44 yaşlı mütəxəssis 2018-ci ildən “Hormets”ə rəhbərlik edirdi. Bunadək isə Borreqo “San-Antonio”, “Nyu Orlean”da assistent kimi çalışıb. 2014/15 mövsümündə “Mecik”də baş məşqçi vəzifəsini icra edib.
“Şarlott” onun rəhbərliyi altında 148 qələbə qazanıb və 183 dəfə uduzub. Borreqo bu müddətdə komandası ilə pley-offa yüksələ bilməyib.
Qeyd edək ki, cari mövsümdə Şərq konfransında 10-cu olan “Hornets” pley-ində “Atlanta”ya uduzub.