Sarı “Qalatasaray”ın hədəfində
“Qalatasaray” heyətini gücləndirmək niyyətindədir. Klub “Adana Demirspor”un futbolçusu Yusuf Sarı ilə yaxından maraqlanır.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Oyunçunun özü “Qalatasaray”da oynamağa razılıq verib. Lakin “dəmiryolçular” onu buraxmaq niyyətində deyil.
Qeyd edək ki, 25 yaşlı futbolçunun “Adana Demirspor”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.