Santuşla Federasiya arasında görüş olacaq

Santuşla Federasiya arasında görüş olacaq

Portuqaliya Futbol Federasiyası və yığmanın məşqçilər korpusu arasında görüş keçiriləcək. Tədbirdə millinin DÇ-2022-dəki çıxışı müzakirə olunacaq.

Baş məşqçi Fernandu Santuş və komandasının vəzifəsində qalıb-qalmayacağı da bu görüşdə dəqiqləşəcək. Əgər çalışdırıcılar istefaya göndərilsə, onlara 3,75 milyon avro kompensasiya ödəniləcək.

Qeyd edək ki, Portuqaliya mundialın 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

ETOPAZ

Əvvəlki yazı

Sautqeytin yerinə 4 namizəd

Növbəti yazı

Verratti PSJ-də qalacaq