Santuşa yeni təklif
Fernandu Santuş karyerasını Yunanıstanda davam edə bilər. “Panatinaikos” Rui Vitoriya ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışını davam etdirir. Yunan mətbuatının yazdığına əsasən, klubun gündəminə son olaraq 70 yaşlı Santuş daxil olub.
Təcrübəli mütəxəssis əvvəllər də “Panatinaikos”u çalışdırıb. O, həmçinin Yunanıstan yığmasının, PAOK-un və AEK-in baş məşqçisi olub.
Qeyd edək ki, Fernandu Santuş Azərbaycan milli komandasında bir qələbə belə qazana bilməyib.












