Sansone özünə komanda tapdı
İtaliya millisinin sabiq futbolçusu Nikola Sansonenin yeni klubu bəlli olub. Yarımmüdafiəçi karyerasına “Leççe”də davam etdirəcək.
O, yeni klubuna azad agent kimi keçib. O, tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.
32 yaşlı futbolçunun son klubu “Bolonya” olub. 2019-23-cü illərdə bu komandada oynayan Sansone “Vilyarreal”, “Sassuolo”, “Krotone” və “Parma”da da forma geyinib.
Qeyd edək ki, Nikola İtaliya millisində 3 matç keçirib.