Sanqare “Nottingem Forest” yolunda
PSV-nin yarımmüdafiəçisi İbrahim Sanqare komandanı tərk edə bilər. O, karyerasını “Nottingem Forest”də davam etdirməyə yaxındır.
Transferin məbləği 37 milyon avro olacaq. Müqavilə artıq imzalanma ərəfəsindədir. 25 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün yaxın günlərdə İngiltərəyə uçacaq.