Sane “Qalatasaray”da
“Bavariya”ın ulduz futbolçusu Leroy Sane karyerasını Türkiyədə davam etdirəcək. Bu barədə məşhur “Bild” nəşri məlumat yayıb.
Son məlumatlara görə, artıq tərəflər arasında razılıq əldə olunub. 29 yaşlı futbolçu “Qalatasaray”la müqavilə imzalamaq üçün tezliklə İstanbula yollanacaq. Onun “sarı qırmızılar”la sözləşməsinin 3 illik olacağı bildirilir.
Qeyd edək ki, Sane 2020-ci ildən “Bavariya”nın şərəfini qoruyur və müqaviləsinin müddəti iyunun sonunda başa çatır.