Sane İngiltərə yolunda
“Bavariya”nın futbolçusu Leroy Sane komandanı tərk etməyə yaxındır. O, İngiltərə Premyer Liqasına qayıda bilər.
Almaniyalı ilə “Arsenal” maraqlanır. London təmsilçisinin baş məşqçisi Mikel Arteta mövsümün sonunda klubu ilə müqaviləsi başa çatan 28 yaşlı futbolçunu komandasında görmək arzusundadır.
Qeyd edək ki, “Bavariya” Leroy Saneni 2020-ci ilin yayında “Mançester Siti”dən transfer edib.