Sançoya vida
“Mançester Yunayted” Ceydon Sanço ilə bağlı qərarını verib. İngiltərə klubu yarımmüdafiəçini satacaq.
23 yaşlı futbolçu “Tottenhem”in maraq dairəsindədir. Lakin londonlular Sanço üçün tələb olunan məbləği ödəmək niyyətində deyil.
Onlar 60 milyon funt sterlinqin çox olduğu qənaətindədir. Londonlular Ceydonun icarəyə götürmək fikrindədir.
Qeyd edək ki, Sanço Premyer Liqada 49 oyunda 8 qol vurub.