Sançonun taleyinə aydınlıq gəlir
Ceydon Sançonun taleyinə bu həftə aydınlıq gəlməlidir. İngiltərəli yarımmüdafiəçini heyətində görmək istəyən “Yuventus” keçidlə bağlı danlçlqlar aparmaq niyyətindədir.
Bu məqsədlə İtaliya klubu “Mançester Yunayted” nümayəndələri ilə müzakirələrə başlayacaq. “Yuventus” Sançonun transferi üçün tələb olunacaq məbləği dəqiqləşdirdikdən sonra qərarını verəcək.
Qeyd edək ki, Sanço 2021-ci ildən Mançester təmsilçisində çıxış edir.












