Sançodan məsuliyyətsizlik
“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço xoş olmayan hərəkəti ilə yadda qalıb. 23 yaşlı hücumçu komandasının Çempionlar Liqasında “Bavariya” (4:3) ilə oyunundan 2 saat öncə video oyunlar oynayıb.
İngiltərə millisinin də şərəfini qoruyan oyunçunun vaxtını “FIFA 23” oynayaraq keçirdiyi bəlli olub. O, 230 min abunəçisi olan youtuber JCC-nin canlı yayımında görünüb.
Qeyd edək ki, komandanın baş məşqçisi ilə yola getmədiyi üçün heyətdən kənarda qalan Ceydonun bu hərəkəti “qırmızı şeytanlar”ın azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.