Sanço “Yuventus” yolunda
“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço karyerasını İtaliyada davam etdirməyə yaxındır. “Yuventus” ingiltərəli vingerin transferini yekunlaşdırmaq üzrədir.
İddialara görə, futbolçu “qoca sinyora” ilə razılaşma əldə edib. Rəsmi imzanın yaxın günlərdə imzalanması gözlənilir.
Qeyd edək ki, Ceydon Sanço ötən mövsüm icarə əsasında “Çelsi”nin formasını geyinib.