Sançez “Sevilya”nın hədəfində

Sançez “Sevilya”nın hədəfində

“Sevilya” hücum xəttini gücləndirmək üçün çalışmalara start verib. Klub “İnter”in hücumçusu Aleksis Sançezi almaqda maraqlıdır.

Tərəflər 33 yaşlı çilili hücumçunun transferi üçün artıq danışıqlar aparır. Onun “İnter”lə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.

Sançes 2019-cu ildən “İnter”də çıxış edir. Komandanın heyətində 109 matçda 20 qol vuran hücumçu 23 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Milan”ı almaqdan imtina etdilər

Növbəti yazı

Abramoviç “Çelsi”ni satdı