Sançes “Marsel”ə keçir
“İnter”in hücumçusu Aleksis Sançes klubdan ayrılacaq. O, Milan təmsilçisi ilə müqaviləni ləğv etməyə razılıq verib.
33 yaşlı çilili yaxın vaxtlarda “Marsel”lə sözləşmə imzalayacaq. Anlaşmanın 2024-cü ilə qədər nəzərdə tutulduğu bildirilir.