Sançes “İnter” yolunda
Aleksis Sançesin durumuna aydınlıq gəlmək üzrədir. Çilili hücumçu “İnter”ə qayıtmağa qərar verib.
35 yaşlı futbolçu istəyini İtaliya klubunun rəhbərliyinə də çatdırıb. Azad agent statusuna malik cənubi amerikalı Milan təmsilçisinə pulsuz başa gələ bilər.