San-Marino millisindən tarixi uğur
Millətlər Liqasında mövsümə start verilib. D Liqasının I qrupunda San-Marino Lixtenşteyni məğlub edib – 1:0.
Bununla da, yığma 20 ildən sonra ilk dəfə qələbə qazanıb. Meydan sahiblərinin 19 yaşlı hücumçusu Nikko Sensoli 53-cü dəqiqədə fərqlənib.
Qeyd edək ki, San-Marino 2004-cü ildə də Lixtenşteyn üzərində qələbə qazanıb – 1:0.