San-Dieqoda sensasiya
San-Dieqoda keçirilən turnirdə sensasiya qeydə alınıb. WTA-500 kateqoriyalı turnirin favoritlərindən olan Karolin Qarsiya mübarizəni dayandırıb.
Fransalı tennisçi 1/4 finalda uduzub. O, ABŞ təmsilçisi Daniel Kollinz qarşısında aciz qalıb – 2:6, 3:6.
Görüş 1 saat 6 dəqiqə davam edib. Yarışın ikinci raketkası yarımfinala adlaya bilməyib.