“San-Antonio”da vida
“San-Antonio” basketbolçusu Coşua Primo ilə yollarını ayırıb. 19 yaşlı müdafiəçi ilə bağlı qərar gözlənilmədən verilib.
O, 2021-ci ilin draftında 12-ci nömrə altında seçilib. İki həftə əvvəl onunla yeni müqavilə imzalanmışdı.
Primo cari mövsümdə 4,1, növbətidə 4,3 milyon dollar qazanmalı idi.
Qeyd edək ki, cari mövsümdə 4 oyunda meydana çıxan Coşua orta hesabla 7,0 xal, 4,5 ötürmə və 3,3 ribaunda imza atıb.