Samuel Umtiti karyerasını başa vurdu

Samuel Umtiti karyerasını başa vurdu

Fransa milli komandasının sabiq üzvü Samuel Umtiti gələcəyi ilə bağlı qərar verib. Müdafiəçi karyerasını başa vurub.

Bu barədə futbolçu özü açıqlama verib.

Umtiti 31 yaşında peşəkar futbolla vidalaşıb. O, zədələrə görə karyerasını bitirməli olub.

“Lion”un yetirməsi olan Samuel Umtiti “Barselona” və “Leççe”nin də formasını geyinib. Təcrübəli oyunçu 2018-ci ildə Fransa milli komandası ilə dünya çempionu olub.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “İstədiyimiz kimi hazırlaşa bilmədik”

Növbəti yazı

“Qarabağ” ÇL-də mübarizəyə start verir