“Sampdoriya”nın yarımmüdafiəçisi İspaniya klubuna keçdi
İtaliyanın “Sampdoriya” klubunun futbolçusu Yakub Yankto karyerasını İspaniyada davam etdirəcək. Yarımmüdafiəçi “Xetafe” ilə müqavilə imzalayıb. 25 yaşlı çexiyalı ilə anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Ötən mövsüm A seriyasında 35 oyun keçirən Yankto 6 qol vurub. O, AVRO-2020-də Çexiya millisinin heyətində 5 matça çıxıb.