“Sampdoriya”da istefa dalğası
Uğursuz mövsüm keçirən “Sampdoriya”da kütləvi istefalar başlayıb. Bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
Baş məşqçi Leonardo Sempliçi vəzifəsindən azad edilib. Texniki direktor Pyetro Akkardi və köməkçisi Cüzeppe Koluççidən tutduqları postdan kənarlaşdırılıblar.
Qeyd edək ki, B seriyasında çıxış edən Genuya təmsilçisi 32 turdan sonra 32 xalla 18-ci pillədə qərarlaşıb.