Sampaoli “Renn”i tərk etdi
Xorxe Sampaoli “Renn”in baş məşqçisi vəzifəsindən ayrılıb. Fransa klubu 64 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verdiyini açıqlayıb.
Argentinalı 2024-cü ilin noyabrında “Renn”in baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi ilə 10 oyun keçirən komanda 3 qələbə qazanıb və beşi ardıcıl olmaqla 7 dəfə uduzub.
Mövsümün sonuna kimi “Renn”i seneqallı Habib Beye çalışdıracaq. Nəticələr qənaətbəxş olsa, müqavilə daha bir il müddətinə uzadıla bilər.