Samir Abasov: “Ümidləri doğrultmağa çalışacağıq”
Sabah Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. “Sumqayıt” “Fehervar”la qarşılaşacaq.
Matçdan öncə “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Sabah bizi ağır və maraqlı oyun gözləyir. Azarkeşlərimizin stadionu dolduracağını düşünürəm. Bizim üçün vacib görüşdür. Ümidləri doğrultmağa çalışacağıq. Rəqib haqqında məlumatımız var. “Fehervar”ı təhlil edəndə necə çətin komanda olduğunu görünür. Onların də heyətində dəyişikliklər olub. “Fehervar”ı yoxlama oyunlarını izləmişik. Diqqətli oynayıb, nəticə qazanmalıyıq”.