“Şamaxı”ya texniki məğlubiyyət verildi

“Şamaxı”ya texniki məğlubiyyət verildi

AFFA Gənclər Liqasında çıxış edən “Şamaxı” klubunun komandasına texniki məğlubiyyət verilib.

Bu barədə AFFA İcraiyyə Komitəsi qərar verib.

Bölgə təmsilçisi “Qarabağ”la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün bu halla üzləşib. Hesab isə olduğu kimi saxlanılıb.

Bundan əlavə, U-13 Liqasında “Sumqayıt City” də texniki məğlubiyyət alıb. “Gənclik şəhəri” təmsilçisi “Məhəllə Uşaqları” ilə matçda təyin olunanda vaxtda meydanda olmayıb. Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

ETOPAZ

Əvvəlki yazı

Mbappedən yeni rekord

Növbəti yazı

Nağıyev Qırğızıstan klubundan ayrıldı