“Şamaxı”nın rəqibi müəyyənləşdi

“Şamaxı”nın rəqibi müəyyənləşdi

“Şamaxı” yeni mövsümün hazırlıqlarına iyulun 5-də Qəbələ şəhərində start verəcək. Bölgə təmsilçisinin hazırlıq zamanı ikinci rəqibi bəlli olub.

İlk görüşdə “Qəbələ” ilə qarşılaşacaq “Şamaxı” toplanış zamanı keçirəcəyi ikinci yoxlama oyununu “Karvan”la keçirəcək. Qarşılaşma iyulun 21-i Qəbələ şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, “Qəbələ”yə qarşı görüş iyulun 14-ü baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Mbappe xəstəxananı tərk etdi

Növbəti yazı

“Sabah”ın baş məşqçisi bəlli oldu