”Şamaxı”nın rəqibi bəlli oldu
İyulun 5-də 2025/2026 mövsümün hazırlığına start verəcək “Şamaxı”nın daha bir rəqibi müəyyənləşib. Komanda yoxlama oyununda “Kəpəz” ilə qarşılaşacaq.
Qəbələdə hazırlıq keçəcək Ayxan Abbasovun yetirmələri Gəncə təmsilçisi ilə iyulun 26-da qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Şamaxı”nın bundan əvvəl iyulun 14-də “Qəbələ”, bir həftə sonra isə “Karvan”la qarşılaşacağı dəqiqləşib.