“Şamaxı”nın futbolçuları ilə görüş keçirildi
“Şamaxı” klubunun əsas komandası ilə lisenziya tələblərinə uyğun olaraq görüş keçirilib. Görüşdə AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker və AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev iştirak ediblər.
Onlar heyətə qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.