“Şamaxı”dan yeni transfer
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Komanda yarımmüdafiəçi Həbib İsmayılovu heyətinə qatıb.
22 yaşlı futbolçu növbəti mövsümü “Şamaxı”da keçirəcək.
Qeyd edək ki, İsmayılov son olaraq “Neftçi”də çıxış edib.