“Şamaxı”dan yeni transfer

“Şamaxı”dan yeni transfer

Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” növbəti transferini reallaşdırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Komanda Oruc Məmmədovu heyətinə qatıb.

21 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. Məmmədov “Səbail”dən “Şamaxı”ya keçib.

Qeyd edək ki, Oruc başa çatmış mövsümdə 4 oyunda meydana çıxıb. O, bu görüşlərdə bir qol və bir ötürmə ilə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Portuqaliya millisi finalda

Növbəti yazı

Suçiç rəsmən “İnter”də