“Şamaxı”dan yeni transfer
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb. Komanda yarımmüdafiəçi Alfons Msanga Mabulanı heyətinə qatıb.
Tanzaniyalı yarımmüdafiəçi ilə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, Serbiya “Spartak”ına (Subotitsa) məxsus 21 yaşlı futbolçu son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda oynayıb.