“Şamaxı”dan yeni transfer
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bölgə təmsilçisi hücumçu Mixael Tike Dias Santosu heyətinə qatıb. Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” komandası olub.