“Şamaxı”dan səfər qələbəsi

“Şamaxı”dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib. İlk oyun günündə 1 qarşılaşma baş tutub.

“Turan Tovuz” “Şamaxı”nı qəbul edib. Qonaqlar erkən qola sevinib. 17-ci dəqiqədə Kamran Quliyev fərqlənib – 1:0. Hissənin ortalarında meydan sahibləri 11 metrlik cərimə zərbəsi qazanıb. Runi Eva burada dəqiq olub – 1:1. İlk yarının sonlarında “Şamaxı” daha bir qol vurub. Rauf Hüseynli qonaqları yenidən önə çıxarıb – 2:1. Matçda son nöqtəni isə Fuad Bayramov qoyub. O, 51-ci dəqiqədə adını tabloya yazdırıb – 3:1.

Qeyd edək ki, turun digər görüşləri ayın 5-6-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Malinovskiyə daha bir təklif

Növbəti yazı

Ançelottiyə yeni mükafat