“Şamaxı”dan Rusiya klubuna

“Şamaxı”dan Rusiya klubuna

“Şamaxı” hücumçusu Belajdi Pusi ilə vidalaşıb. Bölgə təmsilçisi albaniyalı futbolçunun transferi ilə bağlı Rusiya Premyer Liqasında çıxış edən “Fakel” klubu ilə razılıq əldə edib.

Pusi artıq Voronej təmsilçisinin düşərgəsindədir və tibbi baxışdan keçdikdən sonra yeni komandası ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, mövsümün əvvəlində “Şamaxı”ya qoşulan Pusi bölgə klubunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

AFFA klubları cərimələdi

Növbəti yazı

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi