“Şamaxı”dan növbəti transfer

“Şamaxı”dan növbəti transfer

Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb. Komanda Murad Vəliyevi heyətinə qatıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tərəflər razılaşmanı 1 il uzada bilərlər.

Qeyd edək ki, Estoniyanın “Levadiya”ya məxsus olan Vəliyev icarə əsasında “Nomme Yunayted”də çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Kunya “Mançester Yunayted” yolunda

Növbəti yazı

“Neftçi”də ayrılıq