“Şamaxı”dan inamlı qələbə
Azərbaycan Premyer Liqasında IV tur davam edir. Üçüncü oyun gününə Şamaxıda start verilib.
Şəhərin eyniadlı komandası “Karvan-Yevlax”ı qəbul edib. Matç meydan sahiblərinin üstünlüyü ilə keçib. 38-ci dəqiqədə Alfons Msanqa komandasını hesabda önə çıxarıb. İlk hissənin sonlarında Andrey Tirkonevau fərqi iki topa çatdırıb. Görüşün ikinci yarısında Sezar Enrike oyunun yekun nəticəsini müəyyənləşdirib – 3:0.
Qeyd edək ki, tura “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.












