“Şamaxı”dan ilk transfer
“Şamaxı” qış transfer pəncərəsində ilk transferini reallaşdırıb.
Komanda “Zirə”dən Ramiz Muradovu icarə əsasında heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər “Şamaxı”da çıxış edəcək.












