“Şamaxı”dan ev qələbəsi
Azərbaycan Premyer Liqasında “Zəfər turu”na start verilib. Açılış matçı Şamaxıda keçirilib.
Rayonun eyniadlı təmsilçisi “İmişli”ni qəbul edib. Matç qarşılıqlı hücumlar şəraitində keçib. İlk yarıda hesab açılmayıb. İkinci hissənin sonlarında Kərim Rossi fərqlənib. O, bununla da, komandasına qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.












